Ucnoqta.az
www.ucnoqta.az

Çin ABŞ-nin İrana müdaxiləsinə qarşıdır

12:00 - 13 Yanvar 2026 tarixində dərc olunub.

Çin hakimiyyəti ABŞ-ın İranın daxili işlərinə potensial müdaxiləsinə qarşıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə ABŞ hökumətinin İslam Respublikasına qarşı hərbi güc tətbiq etməsi perspektivini şərh edərkən bildirib.

Mao Ninq qeyd edib ki, Pekin Tehranın milli sabitliyi təmin etmək səylərini dəstəkləyir.

Müəllif: Ucnoqta.az redaksiyası