Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, hava marşalı Riçard Nayton, münaqişə bitərsə, onların təhlükəsizliyinə əmin olmadığı təqdirdə Ukraynaya qoşun göndərməyəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Onun szlərinə görə, hərbi komandirlərin nazirlərin dəstəyi ilə qərar qəbul edərkən rolu risk səviyyəsini qiymətləndirmək və yerləşdirilməsinin faydalarının potensial risklərdən üstün olmasını təmin etməkdir..
Nayton bildirib ki, Ukraynadakı Britaniya qoşunlarının kifayət qədər təhlükəsizliyinə əmin olmasına baxmayaraq, "real əməliyyat mühitində sıfır risk kimi bir şey yoxdur".