Meksika və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə ediblər.
Ucnoqta.az xəbər verir ki, Meksika prezidenti Klaudiya Şeynbaum bunu ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra açıqlayıb.
"Təhlükəsizlik məsələləri üzrə birgə işləməyi müzakirə etdik. Bu əməkdaşlıqdan çox vacib nəticələr var. Məsələn, Meksikadan ABŞ-a fentanil axını 50% azaldılıb", - Şeynbaum gündəlik mətbuat konfransında qeyd edib.