Ucnoqta.az
www.ucnoqta.az

Respublika Fənn Olimpiadalarının rayon turu keçirilib

14:57 - 12 Yanvar 2026 tarixində dərc olunub.

10–11 yanvar tarixlərində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə rayon (şəhər) turu təşkil edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Olimpiada onlayn formatda keçirilib.
İmtahan nəticələrinə əsasən: 

8-ci siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 597 nəfər;

9-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 559 nəfər;

10-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 508 nəfər;

11-ci siniflər üzrə isə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 501 nəfər olub.

Qeyd edilib ki, növbəti mərhələdə iştirak hüququ qazanan şagirdlər barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası