Ucnoqta.az
www.ucnoqta.az

İran istənilən təcavüzə qarşı durmağa hazırdır - Abbas Əraqçi

12:16 - 12 Yanvar 2026 tarixində dərc olunub.

İranın ona qarşı yönəlmiş istənilən təcavüzə qarşı durmaq hazırlığı indi əvvəlkindən daha yüksəkdir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

O, Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə vurğulayıb ki, İran müharibə istəmir, amma istənilən təcavüzə qarşı durmağa hazırdır və hazırlığı əvvəlkindən daha yüksəkdir.

Müəllif: Ucnoqta.az redaksiyası