Ucnoqta.az
www.ucnoqta.az

Ötən həftə 875,1 hektar ərazi minalardan təmizlənib

11:54 - 12 Yanvar 2026 tarixində dərc olunub.

Azad olunan ərazilərdə yanvarın 5-dən 11-ə qədər 25 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 636 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANAMA-nın azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən 875,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Müəllif: Ucnoqta.az redaksiyası