Ucnoqta.az
www.ucnoqta.az

Malayziya "Grok" çatbotunu blokladı

10:56 - 12 Yanvar 2026 tarixində dərc olunub.

Malayziya süni intellekt (Sİ) tərəfindən pornoqrafik məzmun yaratmaq riskinin yüksək olması səbəbindən Elon Muskın X sosial media platformasındakı Grok çatbotunu müvəqqəti olaraq bloklayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Malayziya Rabitə və Multimedia Komissiyası tərəfindən elan edilib.
Tənzimləyici orqan 3 və 8 yanvar tarixlərində X və xAI-yə bildirişlər göndərərək, Rabitə və Multimedia Qanununun 233-cü maddəsinə uyğun olaraq qadağan olunmuş məzmunun yaradılmasının qarşısını almaq üçün effektiv tədbirlər görmələrini tələb edib.

Lakin komissiya X-in 7 və 9 yanvar tarixlərində verdiyi cavabları qeyri-kafi hesab edib - onlar süni intellekt alətinin dizaynında mövcud olan daxili riskləri aradan qaldırmadan istifadəçi şikayətləri mexanizminə diqqət yetiriblər.

Müəllif: Ucnoqta.az redaksiyası