Ucnoqta.az
www.ucnoqta.az

Britaniya Ukrayna üçün yeni ballistik raket hazırlamaq istəyir

19:27 - 11 Yanvar 2026 tarixində dərc olunub.

Böyük Britaniya Ukrayna üçün 300 milə qədər mənzilə malik yeni "Nightfall" ballistik raketi hazırlamağı planlaşdırır.

Ucnoqta.az xəbər erir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, "Nightfall" 200 kiloqramlıq döyüş başlıqları ilə təchiz olunacaq. Qəzet qeyd edir ki, Böyük Britaniya Müdafiə Nazirliyi 9 milyon funt sterlinqlik müqavilə çərçivəsində üç sınaq raketi hazırlamaq və təchiz etmək üçün bir neçə şirkətə müraciət edib.

Müəllif: Ucnoqta.az redaksiyası