Ucnoqta.az
www.ucnoqta.az

Bakıda narkotik alverçisi saxlanıldı

15:46 - 9 Yanvar 2026 tarixində dərc olunub.

Xətai rayonunda əməliyyat zamanı 20 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini Hüseyn Məmmədzadə saxlanılıb. Onun əlində olan bağlamaya baxış zamanı 12 kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək aşkarlanıb. H.Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası