Ucnoqta.az
www.ucnoqta.az

Tokayev Trampa təşəkkür etdi

12:57 - 9 Yanvar 2026 tarixində dərc olunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-ın Astanadakı yeni səfiri Culi Stafftın etimadnaməsini təqdim etməsi zamanı amerikalı həmkarı Donald Trampa G20 sammitinə dəvətə görə təşəkkürünü bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
Tokayev qeyd edib ki, Prezident Donald Trampla ikitərəfli əməkdaşlıqla bağlı bir çox məsələlər üzrə məhsuldar telefon danışığı aparıb.

Müəllif: Ucnoqta.az redaksiyası