Ucnoqta.az
www.ucnoqta.az

Daha 3 avtomat, 16 tüfəng, 1 qumbara tapıldı

11:03 - 6 Yanvar 2026 tarixində dərc olunub.

Yanvarın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 12 alışdırıcı, 16 tüfəng, 23 patron darağı və 155 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Həmçinin bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 5-də ümumi çəkisi 10,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası