Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verdi

08:41 - 5 Yanvar 2026 tarixində dərc olunub.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasil Malyuk istefa ərizəsi təqdim edib.

Ucnoqta.az bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

Qonçarenko özünün Telegram kanalında bildirib ki, Zelenskinin xahişi ilə Vasil Malyuk UTX rəhbəri vəzifəsindən istefa ərizəsi təqdim edib.

O qeyd edib ki, UTX-nun Xüsusi Əməliyyatlar Mərkəzinin rəhbəri general Yevgen Xmara xüsusi xidmətin müvəqqəti rəhbəri təyin olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası