Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin Venesuelada əməliyyatı zamanı ölənlərin sayı 80-ə çatıb - NYT

22:48 - 4 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərin sayı 80-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti yüksək vəzifəli Venesuela rəsmisinə istinadən məlumat yayıb.

Əvvəllər 40 nəfərin öldüyü bildirilirdi. Qəzet qeyd edir ki, ölənlərin sayı arta bilər.

Müəllif: Ucnoqta.az redaksiyası