Ucnoqta.az
www.ucnoqta.az

Zabratda "Land Cruiser" dərəyə aşdı

17:22 - 4 Yanvar 2026 tarixində dərc olunub.

Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi səbəbindən "Toyota Land Cruiser" markalı avtomobil dərəyə aşıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası