Ucnoqta.az
www.ucnoqta.az

Təcili yardım maşını motosikletlı toqquşub, ölən və xəsarət alanlar var

14:34 - 3 Yanvar 2026 tarixində dərc olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası yanvarın 3-də, saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə TƏBİB-dən bildirilib.

"Hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Təəssüf ki, qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib", məlumatda deyilir.

Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası