Kanadanın Baş naziri Mark Karni 5-6 yanvar tarixlərində Parisdə "könüllülər koalisiyası"nın görüşündə iştirak etmək üçün Fransaya səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada Baş nazirinin ofisinin açıqlamasında bildirilib.
Bildirilir ki, görüş iştirakçıları Ukraynadakı sülh prosesini, eləcə də Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırırlar.