Ucnoqta.az
www.ucnoqta.az

Məhkumun qəbristanlıqda gizlətdiyi avtomat tapıldı - Foto

12:33 - 2 Yanvar 2026 tarixində dərc olunub.

Bakıda məhkuma məxsus gizlədilmiş abtomat silahı aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş "AKS-74" tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası