Lerik rayonunda yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, Lerik istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil idarəetməni itirib və dərəyə aşıb. Nəticədə sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
6 nəfər kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə, qəzaya düşənlər Bakıdan Lerikə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.