“Belə bir şeyin olacağını gözləyirdim. Ona görə də qətiyyən pis olmadım”.
Bunu Musavat.com-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılmasından danışarkən deyib.
O, hazırda iş yerində olduğunu bildirib:
“İndi elə masa arxasında əyləşmişəm. Hələlik yeni yaradılmış instituta direktor təyin olunmayıb, bu işi Elxan Səbziyevə müvəqqəti tapşırıblar.
Allaha şükür ki, mənim də işim var, o istiqamət üzrə işimi davam etdirəcəyəm. Düşünmürəm ki, bundan sonra hansısa problem yaşayım”.