Ucnoqta.az
www.ucnoqta.az

Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs edilib

11:49 - 30 Dekabr 2025 tarixində dərc olunub.

Sosial şəbəkələrdə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, ondan narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası