Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı BƏƏ-nin Yəməndəki üsyanı dəstəkləməsindən təəssüflənir

10:55 - 30 Dekabr 2025 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı BƏƏ-nin şərqi Yəməndəki üsyanı dəstəkləməsindən təəssüflənir.

Ucnoqta.az xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.

O, həmçinin BƏƏ-ni 24 saat ərzində Yəməndən qoşunlarını çıxarmağa və separatçılara dəstəyi dayandırmağa çağırıb. BƏƏ tərəfindən dəstəklənən üsyan Səudiyyə Ərəbistanının milli təhlükəsizliyinə təhdid yaradır.

Krallıq separatçıların yaratdığı təhdidləri neytrallaşdırmaq üçün dərhal bütün lazımi tədbirləri görüləcəyini qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası