Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.
“Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkədə plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan sonra pasiyentin bədəninin çürüməsi ilə bağlı məlumatlar yayılıb.