Ucnoqta.az
www.ucnoqta.az

Xalq yazıçısı Anar təltif olundu - FOTO

15:05 - 29 Dekabr 2025 tarixində dərc olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev “Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif edilib.

Ucnoqta.az xəbər verir ki, bunu sosial şəbəkədə AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

“Ötən əsrin 70-ci illərində rəhbərlik etdiyi “Qobustan” dərgisi ilə mətbuatımıza milli ruh gətirən Xalq yazıçısı Anara “Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu”, - R.Məcid qeyd edib.

Medalı Xalq yazıçısına Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli təqdim edib.

Müəllif: Ucnoqta.az redaksiyası