Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da iki helikopter toqquşub

23:37 - 28 Dekabr 2025 tarixində dərc olunub.

İki helikopter havada toqquşub.

Ucnoqta.az bildirir ki, bu barədə New York Post (NYP) xəbər verib.

Hava hadisəsi Hammonton hava limanı yaxınlığında baş verib. Toqquşmadan sonra bir vertolyot meşəlik əraziyə, digəri isə şəhər ərazisinə düşüb. Hadisə yerində yanğın baş verib və qatı qara tüstü əmələ gəlib.

Jurnalistlərin məlumatına görə, bir nəfər xəsarətlər alıb. Digər bir zərərçəkən xəstəxanaya aparılıb. Təyyarədə olan insanların dəqiq sayı hələlik müəyyən edilməyib.

Xilasetmə xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerində işləyir. 

Müəllif: Ucnoqta.az redaksiyası