Ucnoqta.az
www.ucnoqta.az

Tramp Putinlə danışığı çox məhsuldar adlandırıb

21:03 - 28 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yaxşı və çox məhsuldar telefon danışığı keçirdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə "Truth Social"da paylaşıb.

"Rusiya Prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu".
Trampın sözlərinə görə, danışıq onun 28 dekabr saat 13:00-da Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl baş tutub.

O, əlavə edib ki, Zelenski ilə görüş Floridadakı Mar-a-Laqo iqamətgahının əsas yemək otağında mətbuat nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası