Ucnoqta.az
www.ucnoqta.az

Göygölə güclü qar yağıb, avtomobillər yolda qaldı - FOTO

22:12 - 27 Dekabr 2025 tarixində dərc olunub.

Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib.

Ucnoqta.az xəbər verir ki, güclü qar səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Yolda hərəkət qismən təmin olunur, lakin bəzi avtomobillər yolda qalıb.

Qeyd edək ki, hazırda Daşkəsən, Gədəbəy və Qərb bölgəsinin ucqar rayonlarında güclü qar yağır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası