Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda toy karvanında ağır qəza - 2 bacı həlak oldu

20:45 - 27 Dekabr 2025 tarixində dərc olunub.

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a bildirilib ki, F.Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır.

İlkin məlumata görə, qəza zamanı həlak olan hər iki şəxs bacı olub.

***

TƏBİB-dən bildirilib ki, 27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası