Ucnoqta.az
www.ucnoqta.az

Bakıda əqli qüsurlu kişini "tok" vurdu

14:38 - 27 Dekabr 2025 tarixində dərc olunub.

Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırıb.

Ucnoqta.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Məlumata görə, rayonun Binə qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli qüsurlu Elşad Sadıqov yaşadığı evdə elektrik sobasına uzanaraq naqilə toxunub və elektrik cərəyanı vurması nəticəsində yanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası