İsrail Baş naziri Benyamin Netanyahu İsrailin Somaliland Respublikasını müstəqil və suveren dövlət kimi tanıdığını elan edib.
Ucnoqta.az xəbər verir ki, Baş nazirin ofisi bunu açıqladı.
Ofis əlavə edib ki, İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində geniş əməkdaşlıq yolu ilə Somaliland Respublikası ilə münasibətləri dərhal gücləndirməyi planlaşdırır.