Ucnoqta.az
www.ucnoqta.az

Bu il qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb

14:46 - 26 Dekabr 2025 tarixində dərc olunub.

Bu il Azərbaycanda dəmir yollarında qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur.

“Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir”, - məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası