Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı Yəməni bombaladı

12:25 - 26 Dekabr 2025 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətində Cənubi Keçid Şurası (STC) separatçılarının mövqelərinə hava zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu iddianı STC-yə bağlı AIC televiziya kanalı irəli sürüb.

Kanalın məlumatına görə, hava zərbələrində Nəhb Vadisindəki STC qüvvələri hədəfə alınıb. İtki barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası