Ucnoqta.az
www.ucnoqta.az

Nigeriyada məsciddə partlayış olub

22:36 - 24 Dekabr 2025 tarixində dərc olunub.

Nigeriyanın şimal-şərqindəki Borno əyalətinin paytaxtı Maiduguri şəhərindəki məsciddə axşam namazı zamanı əldəqayırma partlayıcı qurğu işə düşüb.

Ucnoqqta.az xəbər verir ki, bu barədə şahidlərə istinadən "Vanguard" qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə zamanı məsciddə çoxlu sayda ibadətçi olub. Hadisə ilə bağlı rəsmi təsdiq yoxdur.

Mümkün itkilər barədə heç bir məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası