Ucnoqta.az
www.ucnoqta.az

Alatavada yanğın olub

16:38 - 24 Dekabr 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası