Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 1000 abonentin qaz təchizatı dayandırılacaq

17:51 - 24 Dekabr 2025 tarixində dərc olunub.

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı 16:30-dan etibarən, müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası