Ucnoqta.az
www.ucnoqta.az

Ucarda ağır qəza - 4 nəfər yaralandı

11:25 - 24 Dekabr 2025 tarixində dərc olunub.

Ucarda səhər saatlarında yol qəzası olub.

Ucnoqta.az xəbər verir ki, hadisə Ucar-Göyçay avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

"VAZ 2106 "markalı minik maşını ilə "VAZ 21011" markalı maşın toqquşub. Nəticədə 4 nəfər - Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası