ABŞ-nin Yerevandakı səfirliyi Kristina Kuinin Ermənistandakı missiya rəhbəri vəzifəsindən geri çağırılmasını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada vurğulanıb ki, səfirin getməsindən sonra ABŞ-nin Ermənistandakı siyasəti dəyişməyəcək.
Qeyd olunur ki, ABŞ Ermənistanla tərəfdaşlığına sadiq qalır.
Xatırladaq ki, Kuinn Ermənistana 2023-cü ilin fevral ayında gəlib. Onun missiyasının bitməsinə 1 ay qalırdı.