Ucnoqta.az
www.ucnoqta.az

50 yaşlı müğənni dördüncü dəfə ata oldu - FOTO

13:26 - 23 Dekabr 2025 tarixində dərc olunub.

İspan müğənnisi 50 yaşlı Enrike İqlesias və 44 yaşlı tennisçi Anna Kurnikova dördüncü dəfə valideyn olublar.

Ucnoqta.az xəbər verir ki, cütlük körpənin şəklini İnstaqramda paylaşıb. Məşhurlar körpənin cinsini və adını gizli saxlayıblar.

Şəklin altında "Mənim günəş işığım. 17 dekabr 2025-ci il" yazılıb.

Enrike və Anna artıq səkkiz yaşlı əkizlər Nikolas və Lüsi və beş yaşlı Merinin valideynləridirlər.

Müəllif: Ucnoqta.az redaksiyası