Ucnoqta.az
www.ucnoqta.az

Apple yanvarda iPhone 18 sınaq istehsalına başlayacaq

11:12 - 23 Dekabr 2025 tarixində dərc olunub.

"Apple" iPhone 18 seriyalı smartfonlarını kütləvi istehsal xətlərində yanvar ayından etibarən sınaqdan keçirməyə başlamaq niyyətindədir.

Ucnoqta.az bildirir ki, Fixed Focus Digital insayderi bu barədə Weibo səhifəsində məlumat verib.

İnsayderin sözlərinə görə, sınaq istehsalından sonra tam kütləvi istehsalın 2026-cı ilin 17 fevralına təsadüf edən Çin Yeni ilindən əvvəl başlaması planlaşdırılır.

Bu cədvəl, "Apple"ın payız elanından bir neçə ay əvvəl istehsal həcmini artırmaq kimi ənənəvi təcrübəsinə uyğundur.

Həmçinin qeyd olunur ki, flaqman iPhone 18 Pro modelinin montaj xətti artıq tam işlək vəziyyətdədir. İnsayder həmçinin cihazın görünüşündə heç bir köklü dəyişiklik olmayacağını qeyd edir və bu da Apple-ın növbəti nəsil smartfonlarının əsaslı şəkildə yenidən dizayn edilməsi ilə bağlı əvvəlki şayiələrə şübhə yaradır.

Şayiələr gəzir ki, Apple payızda iPhone 18 Pro və Pro Max, eləcə də qatlanan iPhone Fold-u təqdim edəcək, baza iPhone 18 və iPhone Air 2 isə 2027-ci ilin yazında təqdim ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası