Ucnoqta.az
www.ucnoqta.az

Məşhur müğənnidə xərçəng aşkarlandı - Konsertini ləğv etdi

09:33 - 23 Dekabr 2025 tarixində dərc olunub.

Amerikalı müğənni Barri Manilou ağciyər xərçəngi və əməliyyat səbəbindən yanvar konsertlərinin ləğv olunduğunu açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə açıqlama verib.

"Kompüter tomoqrafiyası zamanı sol ağciyərimdə xərçəng şişi aşkar edilib və onun çıxarılması lazımdır" - 82 yaşlı müğənni yazıb. 

Manilounun sözlərinə görə, müayinə zamanı xərçəng aşkarlanana qədər o, altı həftə bronxitdən əziyyət çəkirdi. O, əlavə edib ki, xərçəngin erkən aşkarlanmasından çox şanslıdır.

Qeyd olunur ki, müğənninin yanvar konsertləri ləğv olunacaq və Manilou fevral ayında Las-Veqasda çıxış etməklə qastrol səfərlərinə davam etməyi planlaşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası