Ucnoqta.az
www.ucnoqta.az

Məktəblərdə virusa görə davamiyyət azalıb?

15:16 - 22 Dekabr 2025 tarixində dərc olunub.

Son günlər Azərbaycanda uşaqlar və böyüklər arasında qrip virusu geniş yayılıb. Bu virusa yoluxanlar isə xəstəliyin ağır keçdiyini bildirirlər. Belə ki, günlərlə davam edən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur.

Ucnoqta.az xəbər verir ki, uşaqlar arasında virus infeksiyalarının geniş yayılması məktəblərdə davamiyyətə təsir edib. Bəzi məktəblərdə davamiyyət kəskin aşağı düşüb. Həmçinin valideynlər uşaqlarını yoluxmaqdan qorumaq üçün məktəbə göndərmir. 

Qeyd edək ki, Səhiyyə Nazirliyi də uşaqlar arasında virsun geniş yayıldığı barədə açıqlama yayaraq hər kəsi peyvənd olunmağa çağırıb.
Bildirilir ki, son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur.  Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası