Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtın bir hissəsində qaz olmayacaq

12:38 - 22 Dekabr 2025 tarixində dərc olunub.

Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində D=89 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 800 abonentin qaz təchizatı saat 12:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası