"Qeyd edilən cinayət işi üzrə özümü təqsirli bilmirəm".
Bu fikirləri "Unikal"a Gəncə şəhər məhkəməsində keçirilən məhkəmədən sonra təhsil eksperti Kamran Əsədov deyib.
"Birmənalı şəkildə bu gün keçirilən məhkəmədə hakimin verdiyi sullara cavabımda dedim ki, mən özümü adıçəkilən ittihamlar üzrə təqsirli bilmirəm. İnanıram ki ədalətli məhkəmə olacaq. Azərbaycanda ədalətli məhkəmə var, ədalət ortaya çıxacaq. Qeyd edilən məsələlər üzrə özümü birmənalı şəkildə təqsirli bilmirəm", - deyə Əsədov bildirib.