Ucnoqta.az
www.ucnoqta.az

Xüsusi karantin rejiminin müddəti daha 3 ay uzadıldı

19:30 - 19 Dekabr 2025 tarixində dərc olunub.

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində qərar qəbul edilib.

Baş nazir Əli Əsədovun imzaladığı qərarə əsasən, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Müəllif: Ucnoqta.az redaksiyası