Ucnoqta.az
www.ucnoqta.az

ABŞ ordusu Sakit Okeanda iki gəmiyə zərbələr endirib

07:38 - 19 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ ordusu Sakit Okeanda narkotik daşımaqda şübhəli bilinən iki gəmiyə dəqiq zərbələr endirildiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, 18 dekabrda Müdafiə Naziri Heqsetin göstərişi ilə Birgə Tapşırıq Qrupu Cənubi Nizə beynəlxalq sularda terror təşkilatları tərəfindən idarə olunan iki gəmiyə ölümcül kinetik zərbələr endirib. 

Nəticədə beş nəfər həlak olub. Komandanlıq bildirib ki, ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.

Müəllif: Ucnoqta.az redaksiyası