Polşada yerləşdirilən Patriot raket sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Müdafiə Naziri Vladislav Kosiniak-Kamış açıqlama verib.
Kosiniak-Kamış həmçinin bildirib ki, bu, Polşa üçün inteqrasiya olunmuş, çoxqatlı hava hücumundan müdafiə sistemi yaradan Visla proqramının həyata keçirilməsində əsas mərhələdir.