Ucnoqta.az
www.ucnoqta.az

Çin Venesuelanın çağırışını dəstəklədi

11:53 - 18 Dekabr 2025 tarixində dərc olunub.

Pekin Venesuela ətrafındakı gərgin vəziyyətə cavab olaraq Karakasın təcili BMT Təhlükəsizlik Şurasının iclası keçirmək təşəbbüsünü dəstəkləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə bildirib.

Qo Ciakun həmçinin vurğulayıb ki, Çin ardıcıl olaraq hər hansı birtərəfli zorakılıq hərəkətlərinə qarşı çıxır və bütün ölkələrin öz suverenliyini və milli ləyaqətini qorumaq səylərini dəstəkləyir.

O, Venesuelanın müstəqil inkişaf və digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq hüququna malik olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin beynəlxalq ictimaiyyətin mövcud vəziyyətdə Venesuelanın qanuni hüquq və maraqlarını qorumaqdakı mövqeyini başa düşdüyünə və dəstəklədiyinə əminliyini ifadə edib.

Müəllif: Ucnoqta.az redaksiyası