Venesuela istənilən şəraitdə respublikanın suverenliyini qorumağa və ərazisinə olan hüququnu dəstəkləməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Venezolana de Television kanalında bildirib.
Prezident bildirib ki, azad respublika istənilən şəraitdə öz suverenliyini qorumağa və həyata keçirməyə qadirdir.
"Xalq silahlı qüvvələr və polislə tam birlik içində hərəkət edir və torpaqlarımıza, neftimizə, minerallarımıza və ərazimizə olan tarixi hüquqlarımızın hörmət edilməsini təmin etmək üçün hər şeyi edəcək" - Maduro qeyd edib.
Maduro bildirib ki, ABŞ Venesuelada rejim dəyişikliyinə cəhd edir və ölkəni təbii sərvətləri ilə birlikdə müstəmləkəyə çevirəcək kukla hökuməti qurur.
O qeyd edib ki, Amerika imperiyasının təcavüzkar hərəkətləri "müstəqillik, rifah və Venesuela xalqı üçün zəmanətli gələcək uğrunda mübarizə"ni zəruri edir.