Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda traktor minaya düşdü

22:38 - 17 Dekabr 2025 tarixində dərc olunub.

Ağdamın Çəmənli kəndində mina partlayıb.

Ucnoqta.az xəbər verir ki, kənd sakini Məlik Qədir oğlu Məmmədovun idarə etdiyi traktor sahədə soğan səpərkən minaya düşüb.

O, yaralı halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası