Ucnoqta.az
www.ucnoqta.az

Tailandla sərhəddə ölən kambocalıların sayı 17-yə çatıb

08:27 - 17 Dekabr 2025 tarixində dərc olunub.

Bu ayın əvvəlindən bəri Kamboca və Tailand arasında artan sərhəd münaqişəsində ölənlərin sayı 17-yə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü general-leytenant Mali Soçeata istinadən məlumat yayıb.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Tailand ordusunun 7 dekabr 2025-ci il tarixindəki hücumundan bəri bir körpə də daxil olmaqla 17 Kamboca vətəndaşı həlak olub, 77 nəfər yaralanıb.

Daha əvvəl 15 nəfərin həlak olduğu bildirilirdi.

Müəllif: Ucnoqta.az redaksiyası