Ucnoqta.az
www.ucnoqta.az

Babək Quliyev UEFA-dan təyinat alıb

11:30 - 16 Dekabr 2025 tarixində dərc olunub.

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Sparta Praqa" (Çexiya) - "Aberdin" (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən "Letna" stadionunda baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası